“Real”ın Alonsoya görə “Bayer”ə ödəyəcəyi təzminat müəyyənləşib

24.04.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Real" Xabi Alonsonun mümkün təyinatına görə "Bayer"ə təzminat ödəmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "El Partidazo de COPE" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, söhbət 8 milyon avrodan gedir. "Real" Alonso ilə müqavilə bağlayacağı halda  alman klubuna təzminat kimi məhz bu qədər vəsait ödəyəcək.

Qeyd edək ki, artıq neçə vaxtdı ki, mətbuatda Karlo Ançelottinin mövsümün sonunda "Kral klubu"ndan ayrılacağı ilə bağlı xəbərlər dolaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью