“Real”ın avtobusu “Liverpul”la oyundan sonra qəzaya uğradı Yeni Çağ Media

28.11.2024

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində səfərdə “Liverpul”la (İngiltərə) qarşılaşan “Real” (Madrid, İspaniya) klubunun avtobusu qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, xoşagəlməz hadisə zamanı yük maşını Madrid təmsilçisinin avtobusuna çırpılıb.

Qəza zamanı komandanın formalarını daşıyan avtobusda klub rəsmilərindən və futbolçulardan heç kim olmayıb.

Qeyd edək ki, Çempionlar Liqasının V turunun oyununda “Liverpul” doğma meydanda “Real”a 2:0 hesabı ilə qalib gəlib./Report/

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью