“Real”ın braziliyalı hücumçusu milyardlıq təklif barədə nə düşünür?

07.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

RMC Sport-un jurnalisti Fabris Hokins "Real"ın braziliyalı hücumçusu Vinisius Juniorun Səudiyyə Ərəbistanından gələn təklifə münasibətini açıqlayıb. Sport24.az xəbər verir ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı klublarından birinin Vinisiusa 1 milyard avro maaşla 5 illik müqavilə təklif etdiyi söylənilirdi.

Jurnalist şəxsi söhbətlərində futbolçunun təklifin başgicəlləndirici olduğunu, istənilən futbolçunu düşündürə biləcəyini bildirib.

Qeyd edək ki, braziliyalı hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью