Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Madrid "Real"ının braziliyalı hücumçusu Endrik yenidən zədələnib.Bakıvaxtı.az-ın İspaniyanın "Sport.es" onlayn nəşrinə istinadən məlumatına görə, futbolçu iki ay yarıma qədər bərpa olunacaq.Mənbənin məlumatına görə, "Real"da Endrikin zədədən yalnız sentyabrın sonuna qədər sağalacağı gözlənilir.Braziliyalı ilk zədəsini mayın 18-də, La Liqanın XXXVII turunun "Sevilya" ilə (2:0) matçında almışdı.
Bu səbəbdən o, klublararası dünya çempionatında oynaya bilməmişdi."Real"ın yeni mövsümdə ilk matçı avqustun 19-na planlaşdırılıb.
Madrid təmsilçisi 2025/2026 mövsümündə La Liqanın ilk turunda "Osasuna" ilə qarşılaşacaq.Endrik 2024-cü ildən "Real"da çıxış edir.
O, ötən mövsüm 37 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə verib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.