Realın bu hücumçusu yenə zədələndi, oynamayacaq

07.12.2024

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Real Madrid"in hücumçusu Rodriqo Qoes bu gün, dekabrın 7-də keçiriləcək "Jirona" ilə İspaniya Primera Liqasının 16-cı tur oyununda iştirak edə bilməyəcək.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Kral Klubunun rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, 23 yaşlı futbolçu sol ayağının bud nahiyəsində narahatlıq hiss etdiyi üçün "Jirona"ya uça bilməyib.

Xatırladaq ki, noyabrda "Real Madrid"in hücumçusu əzələsində problem üzündən üç oyunu buraxıb. İspaniya çempionatının 15-ci turunun dekabrın 1-də baş tutan "Xetafe" ilə oyununda (2:0) Rodriqo 67 dəqiqə meydanda olub.
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью