Realın daha bir futbolçusu zədələndi

28.11.2024

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

"Real Madrid"in fransız yarımmüdafiəçisi Eduardo Kamavinqa zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir kİ, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 22 yaşlı yarımmüdafiəçinin sol ayağında bud biseps nahiyəsindən zədə aşkarlanıb

. Futbolçunun sağalmasının iki-üç həftə çəkəcəyi gözlənilir.

Xatırladaq ki, Kamavinqa Çempionlar Liqasının 5-ci turunun “Liverpul”la oyununda (0:2) zədələnmişdi. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlar da daxil olmaqla 9 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью