“Real”ın Erlinq Haaland planı

19.02.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haaland gələn yay klubu tərk edə bilər. Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Real" hücumçuya böyük maraq göstərir.

Florentino Peres Vinisius Juniorun "kral klubu"nu tərk edəcəyi halda Haalandı almağa hazırdır.

 "Real" Vinisiusun transferi üçün ən azı 250 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, Erlinq cari mövsümdə klub səviyyəsində 35 oyun keçirib, 27 qol vurub və 3 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı oyunçunun dəyərini 200 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью