Realın futbolçuları Mbappedən razı deyillər

05.12.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Real"ın futbolçuları Kilian Mbappedən narazıdırlar. 

QOL.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb. Madrid təmsilçisinin oyunçuları fransalı hücumçunun fədakarlığına şübhə edirlər. Onlar məşqlərdə oyunçunun istedadının şahidi olublar. Lakin hesab edirlər ki, Mbappe matç zamanı lazımlı anlarda komandasına kömək etməyə çalışmır.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "Real"ın heyətində 20 oyuna çıxaraq 10 qol vurub və 2 qolun ötürməsini edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью