Realın futbolçusu 12 oyuna qədər diskvalifikasiya oluna bilər

04.01.2025

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Vinisius Junior 4-12 oyun arası diskvalifikasiya oluna bilər.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Kral klubu"nun vinqeri ötən gün La Liqanın XVII turundan təxirə salınan matçda "Valensiya"nın qapıçısı Stole Dimitrievskini itələyərək yerə yıxıb.

Bu hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan 24 yaşlı oyunçunun cəzası yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью