“Real”ın futbolçusu bəraət aldı

03.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

İspaniya prokurorluğu “Real”ın (Madrid) müdafiəçisi Raul Asensioya qarşı qaldırılan cinayət təqibini rəsmən dayandırıb.

Futbolpress.az “COPE” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçuya yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə intim videonun yayılması ilə bağlı irəli sürülmüş ittihamlar ləğv edilib.

Bununla belə, “Kral klubu”nun yetirməsi bir gün əvvəl başqa bir qanunla problemlə üzləşib. İçkili vəziyyətdə avtomobil idarə etdiyi üçün müdafiəçi 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib və pul cəriməsinə məruz qalıb.

Raul Asensio hazırda zədə səbəbindən “Real”ın heyətində meydana çıxa bilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью