Realın futbolçusu əməliyyat OLUNDU

20.11.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real"ın futbolçusu Eder Militao dizindəki çarpaz bağın yırtılmasına görə əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçinin əməliyyatı uğurlu keçib.
Bildirilib ki, Eder tezliklə bərpa proqramına başlayacaq. 
 

Xatırladaq ki, braziliyalı futbolçu noyabrın 9-da İspaniya La Liqasının 13-cü turunun “Osasuna” ilə oyununda (4:0) zədələnmişdi. 


Bu mövsüm Militao klub üçün bütün yarışlarda 16 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью