Realın futbolçusu əməliyyat olundu: mövsümü erkən başa vurdu

19.11.2024

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real"ın futbolçusu Eder Militao əməliyyat olunub.

Sportal.az xəbər verir ki, sağ dizinin ön çarpaz bağları qapan braziliyalı futbolçunun əməliyyatı uğurlu keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Militao qarşıdakı günlərdə bərpa prosesinə başlayacaq. Braziliyalı mərkəz müdafiəçisi mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. O. yeni mövsümün hazırlıqları zamanı kollektivə qoşulacaq.

Qeyd edək ki, Eder Militao bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью