“Real”ın futbolçusu İPL yolunda

30.07.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Real”ın futbolçusu Sezar Palasios karyerasını İngiltərədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Fulhem” 21 yaşlı yarımmüdafiəçini transfer etməyə yaxındır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Palasios ingilislərlə anlaşıb, klublar arasında danışıqlar isə son mərhələdədir.

İspan futbolçu ötən mövsüm La Liqada 5 oyuna çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью