Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Fransa millisinin futbolçusu Orelyen Çuameni zədələnib.
QOL.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindən aldığı zədə səbəbindən Millətlər Liqasında İtaliya və Türkiyə ilə keçiriləcək oyunlarda iştirak edə bilməyəcək. Bu barədə Fransa millisinin mətbuat xidməti məlumat yayıb.
Çuameni Madrid “Real”ının düşərgəsinə qayıdacaq. Onun əvəzinə milliyə başqa futbolçu dəvət olunmayacaq.
Fransa millisi noyabrın 12-də İtaliya, 15-də isə Türkiyə ilə qarşılaşacaq.