Realın futbolçusunu Yuventus istəyir

22.12.2024

Icma.az, Sportal.az saytına istinadən bildirir.

“Yuventus” “Real”ın 28 yaşlı yarımmüdafiəçisi Daniel Sebalyosa maraq göstərir.

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisinin işi asan olmayacaq. Çünki “Atletiko”(Madrid), "Real Sosyedad" və "Betis" də ispaniyalını heyətinə qatmaq istəyir. Bu mövsüm Sebalyos bütün turnirlərdə 14 matçda iştirak edib.

Onun “Real”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Futbolçunun bazar dəyəri 4 milyon avrodur.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью