Realın futbolçusunun zədəsi sağalıb

29.11.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İspaniya təmsilçisi "Real"ın (Madrid) vingeri Franko Mastantuono zədəsini sağaldaraq sıraya dönüb.

Bakıvaxtı.az xəbər verir ki, 18 yaşlı oyunçunun qasıq nahiyəsində xroniki zədə olan pubalji simptomları düzəlib.

O, La Liqanın XIV turunda "Jirona"ya qarşı keçiriləcək qarşılaşmada komandasına kömək etməyə hazırdır.

Qeyd edək ki, Mastantuono cari mövsüm 9 oyun keçirib, 1 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью