“Real”ın gənc futbolçusunu hədəfə aldılar

26.11.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real”ın gənc futbolçusunu hədəfə aldılar

“Yuventus” “Real”ın ikinci komandasında çıxış edən Daniel Yanesi transfer etməyi hədəfləyir.

QOL.az xəbər verir ki, “Calciomercato”nun məlumatına görə, Turin klubunun idman direktoru UEFA Gənclər Liqasında PSV-yə qarşı keçirilən oyunu izləyərək 19 yaşlı vingerin çıxışını dəyərləndirib. 

“Yuventus” ispaniyalı futbolçunun inkişafını yaxından izləyir və gələcəkdə onu transfer etməyi nəzərdən keçirir.

Qeyd edək ki, “Transfermarkt” portalı Yanesi 4 milyon avro dəyərləndirir. O, bu mövsüm UEFA Gənclər Liqasında 5 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Kastilya”nın heyətində İspaniyanın üçüncü liqasında keçirdiyi 13 oyunda isə 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Gənc futbolçu “Real”ın əsas komandasında da 3 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью