“Real”ın gənc incisi Romada?

03.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Roma” klubu “Real”ın forvardı Endriki heyətinə qatmaqda maraqlıdır.

Futbolpress.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi son bir ay ərzində 20 yaşlı braziliyalı hücumçunun çıxışlarını diqqətlə izləyir. İtaliya klubu futbolçunu satın almaq hüququ ilə icarəyə götürmək variantını nəzərdən keçirir.

Endrik 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında “Lion”da keçirib. Fransa klubunun heyətində bütün turnirlərdə 21 matça çıxan gənc forvard 8 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.

Endrikin “Real”la müqavilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı onun transfer dəyərini 40 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью