Realın heyətində növbəti ciddi itki

07.12.2024

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyanın "Real" klubunun heyətində növbəti ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Rodriqo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əzələsində zədə olan 23 yaşlı braziliyalı vinger "Jirona" ilə oyun üçün səfərdə aparılmayıb. Madrid təmsilçisinin digər futbolçuları Vinisius Junior, David Alaba, Dani Karvahal, Eder Militao və Eduardo Kamavinqa da zədəlidir.

Qeyd edək ki, "Jirona" - "Real" qarşılaşması bu gecə Bakı vaxtilə saat 00:00-da start götürəcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью