“Real”ın Holann ilə bağlı yeni planı

15.10.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Erlinq Holann gələn yay klubunu dəyişə bilər.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin hücumçusu yenidən “Real”ın transfer hədəfinə çevrilib.
İspaniya nəhəngi norveçli forvardı necə transfer edə biləcəyini də müəyyənləşdirib. Madrid klubu Vinisius Junioru yüksək məbləğə Səudiyyə Ərəbistanı klublarından birinə sataraq əldə edəcəyi vəsaiti Holannın transferinə yönəltməyi planlaşdırır. Məlumata görə, “Real” artıq futbolçunun nümayəndələri ilə ilkin təmas qurub.
Xatırladaq ki, Erlinqin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin yayına qədərdi. O, cari mövsümdə MS-nin heyətində 13 oyunda meydana çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью