“Real”ın hücumçusu Almaniya klubuna keçir

29.10.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Real”ın gənc hücumçusu Endrik Almaniyaya yollana bilər.

İdmanxeber.az xəbər verir ki, “Ştutqart” 19 yaşlı braziliyalını 6 aylıq icarəyə götürmək istəyir. Klublar arasında danışıqlar artıq başlayıb.

Qeyd edək ki, Endrik 2024-cü ilin yayında “Palmeyras”dan “Real”a transfer olunub, lakin Xabi Alonso ona hələ rəsmi matçlarda şans verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью