Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real”ın futbolçusu Endrik karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” 19 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Caught Offside” portalı məlumat yayıb. “Qırmızı şeytanlar” qış transfer dönəmində Endriki icarəyə götürmək istəyir.
Braziliyalı futbolçu bu mövsüm “Real”da şans qazanmayıb. Madrid klubu onun icarəyə verməyə razıdır.