“Real”ın hücumçusuna 10 illik müqavilə təklif edildi İdmanXəbər

28.12.2024

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Real”ın hücumçusu Vinisius Junior komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, PSJ 24 yaşlı forvardın transferində maraqlıdır. Paris klubunun rəhbərliyi Vinisiusa 10 illik müqavilə təklif edəcək.

Braziliyalı forvardın “Real”la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə İspaniya çempionatında 14 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью