Realın istədiyi iki ulduz futbolçu məlum oldu

03.01.2025

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real Madrid” iki futbolçunu transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, “Real” “Arsenal"ın müdafiəçisi Uilyam Saliba və "Liverpul"un sağ cinah müdafiəçisi Alexander-Arnold üçün hərəkətə keçib. İspaniya mətbuatında yer alan xəbərlərə görə, “Arsenal” Salibanı heyətində saxlamaq istəyir, lakin fransız futbolçu İspaniya klubuna transfer olmağa razılıq verib. 2019-cu ildə 30 milyon avroya "Arsenal"a transfer olunan Salibanın İngiltərə klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.

Alexander-Arnoldun “Liverpul”la müqaviləsi mövsümün sonunda yekunlaşır. Futbolçunun “Real”a transfer olmaq istədiyi irəli sürülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью