Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Çempionlar Liqasının II turunda Qazaxıstanda keçiriləcək “Kayrat” – “Real” oyununa satışa çıxarılan bütün biletlər satılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sentyabrın 30-da Alma-atada “Mərkəzi Arena”da keçiriləcək görüşə saat 20:45-də start veriləcək.
“Real” ilk oyunda “Marsel”ə qalib gəlib, “Kayrat” isə “Sportinq”ə uduzub.