“Real”ın keçmiş müdafiəçisi Regilon “İnter Mayami”yə keçib

15.12.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Tottenhem Hotspur”un keçmiş müdafiəçisi Serxio Regilon sətrbəst agent kimi MLS klubu “İnter Mayami”yə qoşulub.

İdman.Biz bildirir ki, Liqa bu xəbəri rəsmi saytında açıqlayıb.

Oyunçunun Florida klubu ilə müqaviləsi 2027-ci ilin dekabr ayına qədərdir və bir illik uzadılma imkanı var. O, təqaüdə çıxan Jordi Albanı əvəz edəcək.

Serxio Regilon “Real Madrid”in gənclər sisteminin yetirməsidir. O, “Real”ın əsas heyətində oynayıb. Onun karyerasında "Sevilya", “Tottenhem Hotspur”, “Atletiko Madrid”, “Mançester Yunayted” və bir neçə digər klubda oynadığı dövrlər də var.

“İnter Mayami” ötən mövsüm MLS çempionatının qalibi olub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью