“Real”ın “Liverpul”un ulduzunun transferinə bir addım qaldı

26.03.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

“Real”m yayda "transfer bombası partlatmağa" hazırlaşır.

Lent.az xarici mediaya istinadla bildirir ki, Fabrisio Romanonun xəbərinə görə, “Kral klubu” “Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold ilə müqavilə bağlamağın bir addımlığındadır. Artıq ingilisə rəsmi müqavilə təklifi də edilib.

Bütün tərəflər müqavilənin imzalanacağına əmindirlər. Madrid klubu il boyu Arnoldun mersisaydlılardakı vəziyyətini diqqətlə izləyib.

Romano qeyd edir ki, söhbət Trentin "Real"la müqavilə imzalayıb-imzalamamasından deyil, bunu dəqiq nə vaxt edəcəyindən gedir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью