Realın Malyorka ilə oyun öncəsi 10 zədəli futbolçusu var

14.05.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Qapıçı Andrey Lunin zədə səbəbindən "Real Madrid"in "Malyorka" ilə oyun üçün heyətindən kənarlaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" kluba istinadən xəbər verir ki, məşq zamanı qapıçı sağ qolundan zədələnib

"Real"ın hazırda zədəli 9 oyunçusu var: Antonio Rudiger, Daniel Carvajal, Eder Militao, Ferland Mendy, Lucas Vazquez, David Alaba, Eduardo Camavinga, Vinicius Junior və Rodrygo Silva.

Həmçinin matçda Aurelien Tchouameni diskvalifikasiya səbəbindən meydana çıxa bilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью