“Real”ın mövsümdəki ilk məğlubiyyəti

05.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Real”ın mövsümdəki ilk məğlubiyyəti

İspaniya La Liqasında 4-cü turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, “Real” səfərdə “Betis”in qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Troy Parrottun 81-ci dəqiqədə vurduğu qol “Betis”ə 3 xal qazandırıb. 

“Real” sonda məğlubiyyətdən qaçmağa yaxın olsa da, Kilian Mbappe 90+4-cü dəqiqədə penaltidən yararlana bilməyib. 

Qeyd edək ki, 4 turdan sonra “Real” 9 xalla ikinci, “Betis” isə eyni xalla üçüncü pillədə qərarlaşıb. Lider “Barselona”nın da aktivində 9 xal var, lakin Kataloniya klubu rəqibləri ilə müqayisədə bir oyun az keçirib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью