“Real”ın müdafiəçisi özünə klub tapıb

05.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Real”ın futbolçusu Xesus Valyexonun taleyinə aydınlıq gəlib.

İdman.biz xəbr verir ki, müdafiəçi mövsümün sonunda Madrid klubunu tərk edəcək.

Yayda müqaviləsi başa çatacaq futbolçunun anlaşması uzadılmayacaq. Onun “Rayo Valyekano”ya keçəcəyi gözlənilir. Tərəflər artıq ilkin razılıq əldə ediblər.

Qeyd edək ki, Xesus cari mövsüm La Liqada cəmi 1 oyun keçirib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью