Realın müdafiəçisi zədələndi

09.12.2024

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real"ın sol cinah müdafiəçisi Ferlan Mendi zədələnib. 

"Unikal" xəbər verir ki, 29 yaşlı müdafiəçi La Liqanın 17-ci turunda "Jirona" ilə oyunda (3:0) sıradan çıxıb. O, sağ ayaq əzələsindən zədə alıb. Mendi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Mendini 2019-cu ilin yayından "Real"da oynayır. Fransa millisinin üzvü bu mövsüm 17 matçda iştirak edib.
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью