“Real”ın Olise planı: MBAPPE VƏ ÇUAMENİ

20.06.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Real” “Bavariya”nın vingeri Maykl Olisenin transferi üzərində çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, Madrid klubu fransalı futbolçunu heyətinə qatmaq üçün millidəki əlaqələrdən istifadə etməyi planlaşdırır.

İspaniya təmsilçisinin prezidenti Florentino Peresin Kilian Mbappe və Orelyen Çuameninin Oliseni “Real”a keçməyə razı salmasına ümid etdiyi bildirilir. Hər üç futbolçu Fransa millisinin üzvüdür.

Məlumata görə, “Real” Oliseni hücum xəttini gücləndirmək üçün əsas hədəflərdən biri hesab edir. Lakin “Bavariya” futbolçunu satmaq istəmir və onunla yeni müqavilə imzalamağa hazırlaşır. Almaniya klubunun Olise üçün yüksək məbləğ tələb etdiyi də vurğulanır.

Qeyd edək ki, 24 yaşlı vinger 2024-cü ildə “Kristal Pelas”dan “Bavariya”ya keçib. Olise hazırda Fransa millisi ilə dünya çempionatında çıxış edir.

DÇ-2026: Mərakeş Şotlandiyanı məğlub edib - YENİLƏNİB DÇ-2026: ABŞ Avstraliyanı məğlub etdi - YENİLƏNİB DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? Meksika - Cənubi Koreya: MATÇIN ƏN YAXŞI OYUNÇUSU DÇ-26: Meksika Cənubi Koreyanı məğlub etdi - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью