“Real”ın oyunçusu “qırmızı şeytan” ola bilər

27.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Real”ın futbolçusu Eduardo Kamavinqa karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” fransalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Qırmızı şeytanlar” 23 yaşlı futbolçu üçün 43 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.

“Real” Kamavinqanın ayrılığına qarşı çıxmayacaq. Futbolçu da “hə” deyərsə, transfer yaxın zamanda tamamlana bilər.

Fransız yarımmüdafiəçi ötən mövsüm Madrid klubunda 43 oyunda 2 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью