“Real”ın qapıçısı etirazını bildirdi

01.10.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Real”ın (Madrid) qapıçısı Tibo Kurtua “Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı yaranmış qalmaqallı vəziyyətə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, “Çelsi”nin sabiq qolkiperi müstəqil komissiyanın “Mançester Siti”ni 2009/10–2017/18 mövsümləri aralığında Premyer Liqanın maliyyə qaydalarını dəfələrlə pozmaqda təqsirli bilməsini şərh edib.

“Radioestadio Noche” efirində danışan belçikalı qapıçı bu cür hallar ləğv edilməzsə, idman prinsiplərinin pozulduğunu vurğulayıb:

“Aşkar şəkildə görünür ki, bu, ədalətli rəqabətə zərər vurur və müəyyən mənada yarışın dəyərini aşağı salır. Şübhəsiz ki, onlar meydanda öz bacarıqları sayəsində qələbələr qazanırdılar, lakin klub bu cür maliyyə addımları atmasaydı, ola bilsin ki, bəzi aparıcı futbolçular ümumiyyətlə o heyətdə yer almazdı”.

Qeyd edək ki, “Mançester Siti” rəhbərliyi müstəqil komissiyanın çıxardığı qərarla razılaşmayaraq apellyasiya şikayəti vermək istəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью