“Real”ın qapıçısı İngiltərə klubuna keçə bilər

18.01.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Real”ın qapıçısı İngiltərə klubuna keçə bilər

"Çelsi" qapı xəttini gücləndirmək üçün hərəkətə keçib.

QOL.az xəbər verir ki, "El Nacional"ın məlumatına görə, "Real"ın ukraynalı qapıçısı Andrey Lunin London klubunun maraq dairəsinə düşüb. Klub 26 yaşlı qolkiperin transfer hüquqlarına tam şəkildə sahib olmağı planlaşdırır.

Məlumata görə, Lunin özü də klubunu dəyişməyə maraq göstərə bilər. Belə ki, o, "kral klubu"nda belçikalı ulduz Tibo Kurtua ilə müqayisədə əsas heyətdə şans qazanmaqda çətinlik çəkir.

Qeyd edək ki, ukraynalı qapıçı 2018-ci ilin yayından Madrid təmsilçisinin şərəfini qoruyur. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью