“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama

25.03.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama

“Real” (Madrid) klubunun sabiq dietoloqu İtsiar Qonsales komandanın tibbi heyəti ilə bağlı yayılan xəbərlərə istehzalı münasibət bildirib.

QOL.az-ın məlumata görə, Madrid təmsilçisinin həkimləri hücumçu Kiliana Mbappenin zədələnmiş dizi əvəzinə sağlam dizini müayinə ediblər. Qonsales sosial şəbəkədə yazdığı paylaşımda bu vəziyyəti sərt şəkildə tənqid edib:

Həmçinin oxuyun: Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!

“Bunu əvvəllər də demişəm, burada işləyən və dostluq etdiyin insanları qorumaq üçün özünü alçaltmaq çox asandır. Ən pisi odur ki, onlar hələ də oradadırlar. Sağ ol, Kilian. Ümid edirəm ki, bundan sonra kluba savadlı və peşəkar insanlar gətiriləcək, daha futbolçulara zərər vuran cahil və narsist şəxslər yox. Hətta bilmirəm, hansı daha pisdir – bu xəbər, yoxsa qida əlavələrini pulsuz ChatGPT ilə təyin etmələri”, – deyə o bildirib.

KİV-in məlumatına əsasən, klubda səhvən futbolçunun digər ayağına MRT edilib. Bu səbəbdən problem aşkar olunmayıb və Mbappe səhv üzə çıxana qədər üç oyunda meydana çıxıb.

Bizi İnstaqramda da izlə

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью