“Real”ın sabiq futbolçusu Argentina millisindən ayrıldı

13.11.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Argentina millisində ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, məşqçi Valter Samuel yığmadan ayrılıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib.

Samuel 2018-ci ildən millidə çalışırdı. 48 yaşlı mütəxəssisin baş məşqçi karyerasına başlayacağı gözlənilir.

Valter futbolçu kimi “Boka Xuniors”, “Roma”, “Real”, “İnter” kimi klublarda çıxış edib. O, 2016-cı ildə karyerasını bitirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью