“Real”ın sabiq futbolçusu Vinisiusu sərt tənqid etdi: “Bu, sadəcə bəhanədir”

18.11.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Madrid “Real”ının sabiq futbolçusu Alvaro Benito komandanın braziliyalı hücumçusu Vinisius Juniorun cari mövsümdəki zəif çıxışı ilə bağlı açıqlamalarını tənqid edib.

İdman.Biz “Cadena SER”ə istinadən xəbər verir ki, Benito “El Larguero” proqramında 26 yaşlı futbolçunun problemlərini yayda kifayət qədər məşq etməməsi ilə izah etməsini inandırıcı saymayıb.

“Artıq noyabrın 17-dir. Onun 26 yaşı var. Vinisius fiziki baxımdan inanılmaz imkanlara malik futbolçudur. Belə oyunçu üç həftəyə ən yaxşı formasına qayıda bilər. Mənə elə gəlir ki, bu, bir qədər bəhanəyə oxşayır və buna inanmıram”, - deyə Benito bildirib.

Sabiq futbolçu Vinisiusun əsas probleminin fiziki hazırlıqdan daha çox oyuna yanaşması ilə bağlı olduğunu düşünür:

“Əgər həqiqətən öz üzərində işləsə, malik olduğu keyfiyyətlərlə yenidən çox güclü futbolçu ola bilər. Məncə, məsələ fiziki vəziyyətindən daha çox onun düşüncə tərzi ilə əlaqədardır. Bu, mənim şəxsi fikrimdir”.

Qeyd edək ki, Vinisius daha əvvəl dünya çempionatında Braziliya millisinin erkən mübarizəni dayandırmasının ona ciddi təsir etdiyini açıqlayıb. Hücumçu həmin uğursuzluqdan sonra istirahətə və ailəsinə daha çox vaxt ayırdığını, nəticədə əvvəlki illərlə müqayisədə daha az məşq etdiyini etiraf edib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью