“Real”ın sabiq futbolçusundan kluba təklif

15.11.2024

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Real”ın sabiq futbolçusu Rafael Alkorta “Arsenal”ın müdafiəçisi Uilyam Salibanı “kral klubu”na məsləhət görüb.

Futbolpress.az xəbər verir ki, o, bu barədə “Cadena CER”ə danışıb:

“Salibanı yanvarda transfer etməzdim. Gözləyərdim və Aymerik Laporteni izləyərdim. Onu da bir seçim kimi nəzərdən keçirərdim. Amma Saliba kimi oyunçu kluba lazımdır. “Real” onun üçün 80 milyon avro xərcləməlidir. İstənilən halda, “Real” belə kritik məsələlərdə nadir hallarda səhvlərə yol verir”.

Saliba bu mövsüm 12 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Böyük beşlik, Əsas xəbərlər “Arsenal”da yeni rekordçu

18 Avqust 2024, 12:29

Avro-2024, Əsas xəbərlər “Onlar bizdən yaxşı oynadı” – Saliba

10 İyul 2024, 10:48

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью