Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Real” La Liqada “Vilyarreal”la matçda futbolçusu Vinisius Juniorun aldığı qırmızı vərəqəyə görə etiraz edib.
Futbolpress.az xəbər verir ki, “kral klubu” İspaniya Futbol Federasiyası İntizam Komitəsinin braziliyalıya verilən 4 oyunluq cəzanın yüngülləşdirilməsini istəyib. Madrid təmsilçisinin şikayəti rədd edilib.
Vinisius La Liqada “Sevilya”, “Barselona”, “Rasinq” və “Valensiya” ilə matçlarda meydana çıxmayacaq.
“Real” çempionatda 8 turdan sonra 18 xalla 4-cüdür.