sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Real"ın (Madrid) məşqçilər korpusu komandanın yarımmüdafiəçisi Bernardo Silvanın hazırlıq səviyyəsindən razı olsa da, portuqaliyalı ulduzu tədricən yükləmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Ramon Alvares məlumat yayıb.
Mənbəyə görə, "Kral klubu"nda 32 yaşlı futbolçunun peşəkarlığı, məşqlərə münasibəti və fərdi ustalığı yüksək dəyərləndirilir. Lakin məşqçilər heyəti hesab edir ki, Silva 90 dəqiqə dözümlülük nümayiş etdirməyə tam hazır deyil.
La Liqanın VIII turunda "Vilyarreal"la baş tutan matçda onun bir neçə dəqiqəlik şans qazanması gözlənilirdi. Lakin qarşılaşmanın son dəqiqələri gərgin mübarizə şəraitində keçdiyindən məşqçilər korpusu riskə getməyərək onu meydana buraxmamağı seçib.
"Real" həmin qarşılaşmada 1:0 hesablı vacib qələbə qazanıb.