“Real”ın skautları 18 yaşlı ukraynalını izləyir

23.08.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın “Bayer” klubunun futbolçusu Artem Stepanov “Real”ın diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb. İcarə əsasında “Nürnberq”də çıxış edən hücumçu Madrid klubunun skautları tərəfindən izlənilir.

18 yaşlı ukraynalı hücumçu bu mövsüm II Bundesliqada 3 oyuna çıxıb. O, ötən mövsüm “Bayer”in əvəzedici komandasında 17 oyuna 22 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью