Realın təklifinə rədd cavabı verdi

13.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Zaqreb "Dinamo"sunun futbolçusu Martin Baturina "Real"ın təklifini rədd edib.

QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb. İspaniya klubu 21 yaşlı xorvatiyalı yarımmüdafiəçini 2 illik icarəyə götürmək istəyib. Lakin futbolçu uzun müddət icarədə olmasını istəmədiyini bildirib. 

Qeyd edək ki, Martin Baturina bu mövsüm Zaqreb "Dinamo"sunun heyətində 17 oyuna çıxaraq 2 qol vurub və 7 qolun ötürməsini edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью