Realın ulduz futbolçusu zədələnib

25.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

İspaniyanın "Real" klubunun ulduz futbolçusu Vinisius Junior zədələnib.

"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tibbi müayinələrdən sonra 24 yaşlı vingerin sol ayağının bud sümüyündə problem aşkarlanıb.

Onun nə vaxtadək yaşıl meydanlardan kənarda qalacağı açıqlanmayıb.

Qeyd edək ki, "Real" ötən gün La Liqanın XIV turunda səfərdə "Leqanes"i üç cavabsız qolla üstələyib. Vinisius Junior bu görüşdə sonadək meydanda olub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью