“Real”ın ulduzu “2” aldı | Icma.az
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Vinisius Junior gözlənilən aqibətlə üzləşib."Football-plus.az" xəbər verir ki, “Real”ın “Valensiya” ilə çempionat oyununda (2:1) qırmızı vərəqə alan futbolçusunun cəzası müəyyənləşib.
24 yaşlı hücumçu La Liqanın 12-ci turundan təxirə salınan və yanvarın 3-də keçirilən matçda rəqib qapıçı Stole Dmitrievskini itələyərək yerə yıxmış və qırmızı vərəqə ilə meydandan qovulmuşdu.
İspaniya Kral Futbol Federasiyası Vinisiusu 2 oyunluq cəzalandırıb.
Bundan əlavə, braziliyalı futbolçu 600 avro, “Real” isə 700 avro cərimələnib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu