Realın ulduzu bu mükafatı Qrizmannın əlindən aldı

27.12.2024

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem dekabrda İspaniya çempionatının ən yaxşı oyunçusu kimi mükafata layiq görülüb.

Fanat.Az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

21 yaşlı ingilis son ayda La Liqada 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Sözügedən mükafata "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann (2 qol), "Barselona"nın hücumçusu Rafinya (2 qol), "Atletik"in yarımmüdafiəçisi Oyan Sunset (2 qol və 1 məhsuldar ötürmə) və "Las Palmas"ın hücumçusu Sandro Ramires (3 qol) namizəd olub.

Qeyd edək ki, noyabrda La Liqanın ən yaxşı oyunçusu "Real Madrid"in digər hücumçusu Vinisius Junior olub.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью