Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Real”ın yarımmüdafiəçisi Franko Mastantuono karyerasını doğma klubu “River Pleyt”də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşrinin jurnalisti Gilermo Ray məlumat yayıb. 18 yaşlı argentinalı futbolçu keçmiş klubuna qayıtmaq arzusundadır və “milyonçular” da bu keçidi reallaşdırmaq istəyir.
Mənbənin sözlərinə görə, “Kral klubu” müvəqqəti icarə müqaviləsinə razıdır. Belə ki, Madrid klubunun baş məşqçisi Joze Mourinyo gələn mövsüm gənc yarımmüdafiəçini əsas heyətə salmağı düşünmür və onun müntəzəm oyun təcrübəsi qazanmağını istəyir.
Tərəflər maliyyə və icarə şərtlərində razılığa gələ bilsələr, Mastantuononun “River Pleyt”ə dönüşü ən real ssenari hesab olunur.
Gənc futbolçu ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 35 matça çıxıb və 3 qolla yadda qalıb.