“Real”ın ulduzu İngiltərə klubunun “radar”ında

28.09.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin “Liverpul” klubu “Real”ın (Madrid) və Fransa milli komandasının yarımmüdafiəçisi Orelien Çuamenini heyətinə qatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.

Mersisaydlılar 26 yaşlı fransalı futbolçunun İspaniya təmsilçisinin yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında əsas heyətdə yer almaqda çətinlik çəkəcəyi təqdirdə rəsmi danışıqlara başlamağı planlaşdırır.

2026/27 mövsümündə “Kral klubu”nun heyətində 3 matçda meydana çıxan Çuameni məhsuldar göstəricilərlə yaddaqalan olmayıb. Fransalı dayaq yarımmüdafiəçisinin Madrid “nəhəngi” ilə müqavilə müddəti 30 iyun 2028-ci ilədək nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью