futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Arsenal” Madrid “Real”ının müdafiəçisi Trent Aleksandr-Arnoldu qış transfer pəncərəsində heyətinə qatmaq imkanlarını dəyərləndirir.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “topçular” 27 yaşlı futbolçunu sağ cinah müdafiəçisi mövqeyinə namizədlər siyahısına daxil edib və onun Madriddəki durumunu diqqətlə izləyie. Lakin hələ ki, klublar arasında rəsmi danışıqlar başlamayıb.
“Real” ingilislə yollarını ayırmağa razı olacağı təqdirdə sözügedən transferin dəyəri 70–80 milyon avro təşkil edə bilər. Bununla belə, İspaniya nəşrlərinin məlumatına görə, “Kral klubu” futbolçunu satmağı planlaşdırmır.
Aleksandr-Arnold 2025-ci ildə “Liverpul”dan azad agent kimi “Real”a keçib və Madrid təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə bağlayıb. 27 yaşlı müdafiəçi 2026/27 mövsümündə Madrid təmsilçisinin heyətində 5 rəsmi oyuna çıxaraq 1 məhsuldar ötürmə ilə yaddaqalıb.