Realın yeni hədəfi bu iki futbolçudur

24.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Liverpul"un iki aparıcı futbolçusunu yay transfer dönəmində azad agent kimi heyətinə qatmaq istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.

Hazırkı İspaniya çempionu yanvarda mersisaydlıların kapitanı Trent Aleksander-Arnold və vitse-kapitan Vircil van Deykla danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, hər iki oyunçunun "Liverpul"la hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Onlar yanvarın 1-dən digər klublarla danışıq aparmaq ixtiyarına sahibdirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью